• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Ceyhun Bayramov kolumbiyalı həmkarı ilə görüşüb

Ceyhun Bayramov kolumbiyalı həmkarı ilə görüşüb
12.11.2024 21:30
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri Luis Gilberto Muriyo ilə görüşüb.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə, Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq perspektivləri, ölkəmizin COP29 sədrliyi, mövcud təşəbbüs və prioritetlər müzakirə olunub.

Azərbaycan və Kolumbiya arasında ikitərəfli, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli müstəvidə əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırıb.
İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirilməsi və müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Azərbaycanın COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, sədrlik prosesinin bir çox ölkələr, o cümlədən Kolumbiya ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarını genişləndirdiyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol