• $
  • £

Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaq - XİN

Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaq - XİN
13.11.2024 08:47
Azərbaycan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan və Ermənistan tərəfindən qaldırılan ilkin etirazlara dair Beynəlxalq Ədalət Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarlarını qeydə alıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib.

"Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.

Bundan əlavə, Məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb”, - deyə XİN-dən bildirilib.

Qeyd edilib ki, yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur.

"Azərbaycanın ilkin etirazlarına gəlincə, Məhkəmənin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir.

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma olmadığı da qeyd edilməlidir. Azərbaycan həmçinin digər beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı və əlaqədar münaqişələr zamanı beynəlxalq insan hüquqlarının çoxsaylı pozuntularına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik", - XİN-in məlumatında deyilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan prezidentləri regiondakı gərginliyi müzakirə ediblər
Siyasət 12:48
Azərbaycan və Özbəkistan prezidentləri regiondakı gərginliyi müzakirə ediblər
Azərbaycan İrandan Naxçıvan PUA insidentinin araşdırılmasını gözləyir
Siyasət 10:22
Azərbaycan İrandan Naxçıvan PUA insidentinin araşdırılmasını gözləyir
Ceyhun Bayramovla Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib
Siyasət 23:34
Ceyhun Bayramovla Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib
Ceyhun Bayramov Ər-Riyada səfər edib
Siyasət 22:42
Ceyhun Bayramov Ər-Riyada səfər edib
Hikmət Hacıyev Parisdə Makronun müşaviri ilə ikitərəfli əlaqələri müzakirə edib
Siyasət 20:00
Hikmət Hacıyev Parisdə Makronun müşaviri ilə ikitərəfli əlaqələri müzakirə edib
Prezident Mixail Yuryeviç Zabelinlə bağlı sərəncam imzalayıb
Siyasət 17:44
Prezident Mixail Yuryeviç Zabelinlə bağlı sərəncam imzalayıb
Prezident xanımı ilə Xocavənddə gedib
Siyasət 16:22
Prezident xanımı ilə Xocavənddə gedib
Nazir Səudiyyə Ərəbistanına rəsmi səfərə gedir
Siyasət 14:33
Nazir Səudiyyə Ərəbistanına rəsmi səfərə gedir
İlham Əliyev Gürcüstan Patriarxı II İlyanın vəfatı ilə bağlı başsağlığı verib
Siyasət 10:27
İlham Əliyev Gürcüstan Patriarxı II İlyanın vəfatı ilə bağlı başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol