• $
  • £

ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır

ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır
15.11.2024 14:51
ABB və İsveçrənin Crossinvest Şirkətlər Qrupu arasında COP29 çərçivəsində müqavilə imzalanıb. Müqavilə İsveçrə birjasında (SIX Swiss Exchange) Yaşıl Aktiv İdarəolunan Sertifikatın (Green AMC) yerləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.
 
Crossinvest Şirkətlər Qrupu İsveçrənin aktivlərin idarə edilməsi sahəsində tanınmış investisiya qurumlarındandır. Şirkətin investisiya məsləhətçiliyi və təşkilatçılığı ilə ABB üçün İsveçrə Birjasında (SIX Swiss Exchange) 10 milyon ABŞ dolları məbləğində, ortalama AA- investisiya reytinqinə malik yaşıl sertifikatlardan ibarət Aktiv İdarəolunan Sertifikat (Green AMC) yerləşdiriləcək.

İmzalanma tədbiri zamanı ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib ki, bu əməkdaşlıq sayəsində yerli maliyyə bazarlarına tamamilə yeni investisiya məhsulları təqdim ediləcək. Eyni zamanda, yerli investorlar üçün yaşıl investisiya sahəsində yeni imkanlar yaranacaq: "İsveçrə Birjasında belə bir sertifikat yerləşdirildikdən sonra, ABB-nin fiziki və korporativ müştərilərinin bu yaşıl sertifikata investisiya etmək imkanı olacaq”.
Bu investisiya imkanı müştərilərə ABB İnvest şirkəti vasitəsilə təklif ediləcək.
 
Crossinvest şirkətlər qrupunun rəhbər heyətinin üzvü və inkişaf etməkdə olan ölkələr üzrə rəhbəri Fəqan Nağıyev bildirib ki, Azərbaycan maliyyə bazarında bir ilk olacaq bu layihə ABB-nin dayanıqlı inkişafa və yaşıl investisiya prinsiplərinə sadiqliyini göstərir.
 
Şirkətin Baş investisiya direktorunun müavini Daniel Wuest isə belə bir anlaşmanın İsveçrə və Azərbaycan maliyyə institutları arasında əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksəldəcəyinə əmin olduğunu vurğulayıb.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol