• $ 1.7
  • € 1.9834
  • ₽ 0.020901
  • ₺ 0.0412
  • £ 2.2866

Ceyhun Bayramov ÜST-nin Avropa üzrə regional direktoru ilə görüşüb

Ceyhun Bayramov ÜST-nin Avropa üzrə regional direktoru ilə görüşüb
19.11.2024 18:19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-ÜST əməkdaşlığı, habelə Azərbaycanın COP29 sədrliyi müzakirə olunub.

Azərbaycanın ÜST ilə yaxından əməkdaşlıq etdiyi, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin görülməsi istiqamətində aparılan birgə fəaliyyətin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Pandemiya dövründə Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə sahəsində beynəlxalq səylərin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi, xüsusilə vaksinlərə əlçatanlığın təmin olunması baxımından təşəbbüslərinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması xüsusilə vurğulanıb.

Tibb və sağlamlıq sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin, xüsusilə tibb universitetləri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

Azərbaycan və ÜST tərəfindən həyata keçirilən birgə layihələr, xüsusilə postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə psixoloji sağlamlıq xidmətlərinin göstərilməsinə dəstək istiqamətli təşəbbüslərin əhəmiyyətindən bəhs olunub. Bununla yanaşı, post-münaqişə reabilitasiya dövründə mina təhdidi ilə mübarizə sahəsində səhiyyənin roluna və bu istiqamətdə əməkdaşlığın vacibliyinə vurğu edilib.

Ceyhun Bayramov həmçinin Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. COP29-un ilk günündə sessiyanın gündəliyinin təsdiqi, Paris Sazişinin 6.4 və 6.8-ci maddələrinin razılaşdırılması, maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması, habelə İtki və Zərərə cavab verən Fondun fəaliyyət üçün tam hazır olması ilə bağlı qəbul olunan mühüm qərarlar xüsusilə vurğulanıb.

İqlim dəyişikliyi və sağlamlıq mövzuları arasında mövcud üzvi əlaqəni nəzərə alaraq, bu istiqamətdə sədrliyimiz çərçivəsində ÜST ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və ABŞ Orta Dəhliz və enerji əməkdaşlığını müzakirə ediblər
Siyasət 14:22
Azərbaycan və ABŞ Orta Dəhliz və enerji əməkdaşlığını müzakirə ediblər
Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığı Rusiyanı narahat edir — səfir
Siyasət 05:50
Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığı Rusiyanı narahat edirsəfir
Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycanın hava məkanından keçib
Siyasət 10:20
Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycanın hava məkanından keçib
Azərbaycan-Ermənistan rəsmiləri arasında növbəti görüş keçirilib
Siyasət 19:23
Azərbaycan-Ermənistan rəsmiləri arasında növbəti görüş keçirilib
Prezident 2 milyonluq sərəncam imzalayıb
Siyasət 14:52
Prezident 2 milyonluq sərəncam imzalayıb
Azərbaycanın ŞƏT-ə üzvlüyü Rusiya və Hindistan tərəfindən bloklanıb
Siyasət 13:53
Azərbaycanın ŞƏT-ə üzvlüyü Rusiya və Hindistan tərəfindən bloklanıb
Milli Məclisdə sentyabrın 9-da növbədənkənar sessiya keçiriləcək
Siyasət 12:04
Milli Məclisdə sentyabrın 9-da növbədənkənar sessiya keçiriləcək
Rusiya XİN Aktaudakı qəza ilə bağlı açıqlama yayıb
Siyasət 21:28
Rusiya XİN Aktaudakı qəza ilə bağlı açıqlama yayıb
Zakir Həsənov Vyetnamın Baş naziri ilə görüşüb
Siyasət 18:04
Zakir Həsənov Vyetnamın Baş naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol