• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Yeni hərbi hazırlıq dərsliyi hazırlanacaq

Yeni hərbi hazırlıq dərsliyi hazırlanacaq
29.01.2014 10:04
“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə yeni dərsliklər çap olunacaq.Təhsil Nazirliyindən AzNews.az-ın sorğusuna verilən cavabda bildirilib ki, ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə dərsliklər 2011-ci ildə dövlət vəsaiti hesabına yeni redaksiyada çap olunaraq ümumtəhsil məktəblərinə çatdırılıb. Yeni dərsliklərin 2015-ci ildə hazırlanacağı nəzərdə tutulur:“Ölkə prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində 12 illik ümumi təhsilə keçid və bununla əlaqədar fənn kurikulumlarının yeniləşdirilməsi nəzərdə tutulur.Nəzərdə tutulan tədbirlər sırasında Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənni ilə bağlı kurikulumların müasir tələblər baxımından yeniləşdirilməsi, ümumi təhsil müəssisələrinin müvafiq fənn üzrə tədris-maddi bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə kadr hazırlığının təkmilləşdirilməsi, mövcud kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb”.Təhsil Nazirliyindən o da qeyd olunub ki, hazırda GÇH fənni ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində X-XI siniflərdə tədris edilir. Tam orta təhsil verən məktəblərin sayı isə ölkə üzrə 3300-dür.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol