• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
22.11.2024 22:34
İnnovasiya və sürət lideri "Bakcell”in təşkilatçılığı ilə "Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib.
 
Tədbirə spiker qismində "Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, "PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr "Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.
 
Tədbirin keçirilməsində məqsəd süni intellekt və innovativ texnologiyaların dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı mühüm rolu, eləcə də yaşıl texnologiyalara keçidin ətraf mühit və iqtisadiyyat üçün yaratdığı perspektivləri müzakirə etmək olub. İştirakçılar qeyd ediblər ki, süni intellekt əsaslı yeni texnologiyalar resurslardan daha səmərəli istifadəyə, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Vurğulanıb ki, süni intellektin tətbiqinin genişlənməsi ekoloji və iqtisadi dayanıqlığı gücləndirərək daha yaşıl və dayanıqlı gələcəyin qurulmasına önəmli töhfə verəcək.
 
İnteraktiv formada təşkil olunan panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib.
 
Tədbir "Bakcell”in dayanıqlı inkişaf hədəflərinə çatmaq və yaşıl texnologiyalar vasitəsilə iqtisadi inkişafa töhfə vermək istiqamətində öhdəliyinə sadiqliyini göstərir.
 
"Bakcell” haqqında
"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
 
"Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Cəmiyyət 21:07
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Cəmiyyət 20:24
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Şamaxıda zəlzələ olub
Cəmiyyət 19:13
Şamaxıda zəlzələ olub
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:47
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Cəmiyyət 17:23
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Cəmiyyət 17:09
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:50
Külək güclənəcək - XƏBƏRDARLIQ
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 14:52
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol