• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Putin Ukrayna müxalifətinə xəbərdarlıq yolladı

Putin Ukrayna müxalifətinə xəbərdarlıq yolladı
29.01.2014 09:10
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynada müxalifət hakimiyyətə gələcəyi təqdirdə Kreml qaz və kreditlər üzrə Ukrayna ilə bağlanılan sazişlərə yenidən baxmayacaq.APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putin  ötən gün Brüsseldə Rusiya-AB sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. “Ukraynaya  kreditin verilməsi və qazın qiymətinin tədricən aşağı endirilməsi hansısa konkret hökuməti yox,  ilk növbədə, Ukrayna xalqını dəstəkləmək zərurəti və niyyəti ilə bağlıdır”, deyə Rusiya prezidenti qeyd edib. Onun sözlərinə görə, Ukrayna tərəfi qaza görə indiyədək olan ödənişləri və 2014-cü il üzrə olacaq ödənişləri təxirə salmağı xahiş edib. “Bu gəlirlər isə Qazpromun investisiya planlarına daxildir”, deyə Putin əlavə edib.   Rusiya prezidenti həmçinin “Şərq Tərəfdaşlığı” proqramına toxunaraq, qeyd edib ki, Rusiya və AB ümumi qonşuları olan ölkələrin sabit olmalarında maraqlıdırlar.   “Şərq Tərəfdaşlığı  proqramı ətrafında səmimi fikir mübadiləsi oldu. Biz ümumi qonşularımız olan ölkələrin sabitliyində və çiçəklənməsində maraqlıyıq”, deyə Putin qeyd edib. Onun sözlərinə görə, bu dövlətlər AB ilə fəal əməkdaşlıq etməklə yanaşı Rusiya ilə tarix boyu formalaşmış sıx əlaqələri qoruyub saxlamağa çalışırlar.   “Onlara bu işdə, sözsüz ki, yardım etmək lazımdır. Lakin yeni ayırıcı sədlərin yaradılması yolverilməzdir. Əksinə, vahid Avropanın qurulmasında birgə çalışmaq lazımdır”, deyə Putin Ukrayna məsələsini şərh edərkən qeyd edib.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol