• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Azərbaycan poçtu MDB-də liderdir

Azərbaycan poçtu MDB-də liderdir
28.01.2014 23:08

Azərbaycan poçtunda digər MDB dövlətləri ilə müqayisədə sığortalı poçt göndərişləri ilə əlaqədar itki və ya oğurluq halları qeydə alınmayıb.

 

Bu barədə “Azərpoçt” MMC-dən verilən məlumatda bildirilir. Məlumatda bildirilir ki, Azərbaycan poçtu bu və ya digər göstəricilərə görə MDB poçt operatorları arasında liderdir. Beynəlxalq poçt göndərişlərinin axtarışı, itkisi və s. ilə əlaqədar sorğular qəbul edilərək icrası təmin edilir. Beynəlxalq bağlamaların axtarışına dair müştəri xidmətləri - İnternet sorğu sistemi (“Cricket”) ilə ötən il ərzində  4000 ədəddən artıq sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib.

“Azərpoçt” MMC bu sistem vasitəsi ilə hazırda dünyanın 157 ölkəsi ilə əməkdaşlıq edir. “Azərpoçt” MMC bundan başqa dünyanın 86 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair müştəri xidmətləri - İnternetlə elektron sorğu sistemindən (PEIME) istifadə edir.

 

Bu sistem vasitəsilə 1500 ədəddən artıq sorğu işlənilib. “Azərpoçt” MMC-nin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi tam başa çatdırılıb və cari ilin yekunlarına əsasən respondentlərin göndərdiyi nəzarət məktubları təyin edilən normativlərə uyğun ünvan sahiblərinə çatdırılıb. Azərbaycanın poçt şəbəkəsində ÜPİ-nin Keyfiyyətin Yaxşılaşdırılması Fondunun (QSF) vəsaitləri hesabına müxtəlif illərdə həyata keçirilən layihələrin nəticələrinin qiymətləndirilməsi məqsədilə ÜPİ-nin əməkdaşı 26 oktyabr - 01 noyabr tarixlərində “Azərpoçt” MMC-də monitorinq aparmış, ekspertin ilkin rəyinə görə monitorinqin nəticələri qənaətbəxş hesab edilib.

 

 

  ÜPİ-nin yaz sessiyasında “Azərpoçt” MMC-yə və onun filialı “Azərekspresspoçt” RM-ə həmin tədbirdə iştirak edən Azərbaycanın nümayəndələrinə keyfiyyətin idarə edilməsi üzrə qızıl səviyyəli sertifikatı və həmçinin EMS Kooperativinin (7-ci dəfə) qızıl səviyyəli sertifikatı təqdim edilib. “Azərpoçt” MMC eyni zamanda 2013-cü il üzrə beynəlxalq bağlamaların məlumatlarının (EDİ mesajlarının) işlənməsi, çatdırılması və “Cricket” sorğu sistemi üzrə ÜPİ tərəfindən təyin olunmuş normativlərə riayət edib.

 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol