• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Bəzi rayonlarda duman görünüşü məhdudlaşdırıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda duman görünüşü məhdudlaşdırıb - FAKTİKİ HAVA
28.11.2024 09:45
Azərbaycana yağan yağıntılarla əlaqədar bəzi rayonlarda dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.


Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.


Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.


Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.


Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb
Cəmiyyət 12:23
Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb
Məktəbdən yayınan 133 uşağın dərsə davamiyyəti təmin edilib - Agentlik sədri
Cəmiyyət 12:15
Məktəbdən yayınan 133 uşağın dərsə davamiyyəti təmin edilib - Agentlik sədri
Ötən il 25 nəfər ahıl şəxs qocalar evinə yerləşdirilib
Cəmiyyət 12:05
Ötən il 25 nəfər ahıl şəxs qocalar evinə yerləşdirilib
Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb
Cəmiyyət 11:41
Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb
2025-ci ildə 480 nəfər penitensiar müəssisələrdən azad edilmiş şəxslər qiymətləndirilib
Cəmiyyət 11:38
2025-ci ildə 480 nəfər penitensiar müəssisələrdən azad edilmiş şəxslər qiymətləndirilib
Bəzi yerlərə qar yağır - Faktiki hava açıqlanıb
Cəmiyyət 11:37
Bəzi yerlərə qar yağır - Faktiki hava açıqlanıb
Əlillər günü münasibətilə necə şəxsə birdəfəlik yardım verilib?
Cəmiyyət 11:34
Əlillər günü münasibətilə necə şəxsə birdəfəlik yardım verilib?
Ötən il 274 nəfərə sosial məsləhət verilib
Cəmiyyət 11:28
Ötən il 274 nəfərə sosial məsləhət verilib
Sabah Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 11:17
Sabah Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol