• $
  • £

Avtomobil kreditləşməsinin məhdudlaşdırılmasına aydınlıq gətirildi

Avtomobil kreditləşməsinin məhdudlaşdırılmasına aydınlıq gətirildi
28.01.2014 13:53
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına istehlak kreditləşməsi ilə bağlı müəyyən təlimatlar verib.«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin sədr müavini Aftandil Babayev bildirib. Onun sözlərinə görə, bu təlimatlar həm banklarda risklərin düzgün idarə olunması, həm də kredit götürən vətəndaşların özlərini lüzumsuz risklərdən sığortalanması üçün verilib: «Bu hər iki tərəfin maraqlarına uyğun bir tədbirdir. Biz banklara kreditlərin daha əsaslandırılmış şəkildə verilməsini tövsiyə etdik». A.Babayev bildirib ki, son zamanlar ölkədə istehlak kreditləşməsinin sürətlə artımı davam edir: «Buna görə də həm bank sistemini, həm də vətəndaşları müəyyən lüzumsuz risklərdən qorumaq üçün Mərkəzi Bank olaraq düşünürük ki, bu, hər iki tərəfə öz müsbət nəticəsini verəcək». AMB rəsmisi bununla bağlı ictimaiyyətdə yaranan narazılıqlara da aydınlıq gətirib: «Baş verə biləcək riskləri qabaqlamaq rejimində çalışırıq. Bu, gələcəkdə gözlənilə bilən hər hansı xoşagəlməz riskləri qabaqlamaq üçün görülən tənzimləmə tədbirləridir. Bunun da çox müsbət nəticələri olacaq». Avtomobil kreditlərinin verilməsi ilə bağlı AMB-nin kommersiya banklarına hər hansı tapşırıq verməsinə gəldikdə isə A.Babayev deyib ki, bu da həmin tədbirlər çərçivəsində həyata keçirilir: «Mərkəzi Bank olaraq bu istiqamətdə müəyyən təkmilləşdirmə işlərinin görülməsinə ehtiyac duyuruq. Bu yaxınlarda bununla bağlı konkret məlumatlar veriləcək. Həmçinin, avtomobil bazarında da tənzimlənməyə ehtiyac var. Düşünürük ki, avtomobil kreditləşməsində müəyyən dəyişikliklərin edilməsinə böyük ehtiyac var və bunu dünya təcrübəsində də görürük». A. Babayev bildirib ki, ölkədəki yumşaq kredit şərtləri sonradan mənfi nəticələrə səbəb olur: «Buna görə də görülən tədbirlər bütövlükdə bank sektoru və müştərilərin özləri üçün faydalı olacaq».ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol