• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

TƏBİB müşavirə keçirib

TƏBİB müşavirə keçirib
30.11.2024 21:00

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti geniştərkibli müşavirə keçirilib.

Müşavirədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində TƏBİB-in və tabeliyindəki müəssisələrin fəaliyyəti, tibbi xidmətin təşkili istiqamətində görülən işlər, bir sıra regional tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə, vərəmlə mübarizə və təcili tibbi yardım xidmətləri ilə bağlı fəaliyyətin optimallaşdırılması, müalicə-profilaktika tədbirləri və s. mövzularda müzakirələr aparılıb.

"Bildiyiniz kimi, ölkəmizin ev sahibliyi etdiyi COP29 beynəlxalq tədbiri uğurla başa çatdı. Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə həyata keçirməsi və iqlim dəyişmələrinə qarşı mübarizədə önəmli qərarların qəbul edilməsinə verdiyi töhfələr böyük dövlətlər, eyni zamanda BMT tərəfindən yüksək qiymətləndirilib. COP29-da qəbul edilmiş qərarlar ölkəmizin beynəlxalq miqyasda növbəti uğurudur. Belə böyük miqyaslı tədbirdə TƏBİB üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib. Bütün tibb müəssisələrimiz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib”.

Ölkəmiz və dünya üçün əhəmiyyətli tədbir olan COP29 çərçivəsində dövlət tibb müəssisələrinin işinin təşkili barədə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov ətraflı məruzə ilə çıxış edib.
O, TƏBİB-in tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciətinin qeydə alındığını, tibb məntəqələrinə müraciət edənlərin sayının 199 nəfər, təcili yardım briqadalarına müraciət edənlərin isə 492 nəfər təşkil etdiyini bildirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov da çıxışında konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadasının tədbirin keçirildiyi müvafiq ərazilərə fasiləsiz təhkim olunduğunu, 492 nəfərin isə həmin təcili yardım briqadalarına müraciət etdiyini və tibbi xidmət aldığını qeyd edib. 

COP29 zamanı əsas diqqəti edilməsi vacib sayılan məsələlərdən biri olan infeksion xəstəliklərə nəzarətin gücləndirilməsi, konfrans çərçivəsindəki sessiya və panellərdə iştirakçılıqla bağlı Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva çıxış edib. O, çıxışında konfrans öncəsi bir çox hazırlıq tədbirlərinin görüldüyünü qeyd edərək, Kliniki Tibbi Mərkəz və Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məhəmmədi modul tipli xəstəxanaların hazırlıq dərəcəsinin monitorinq edildiyini, infrastrukturun tam hazır vəziyyətə gətirildiyini vurğulayıb.

Departament rəhbəri COP29-a hazırlıq çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaradılmış "Vahid Sağlamlıq üzrə”  Milli Strategiya və Tədbirlər Planının hazırlanmasında TƏBİB-in də rolunu qeyd edib.
"Tibbi xidmətlərin inkişafı departamentinin fəaliyyət istiqamətinə uyğun olaraq ötən müşavirədən sonrakı müddətdə TƏBİB-in İcraçı direktorunun müvafiq əmri ilə tibb müəssisələrində endoskopiya xidmətinin qiymətləndirilməsi həyata keçirilib, 25 müəssisədən 23 müəssisənin qiymətləndirilməsi başa çatıb. Əsas məqsəd tabeli tibb müəssisələrimizdə bu xidməti qənaətbəxş vəziyyətdə təşkil etməkdir”.
 
Daha sonra çıxış edən İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova COP29-da kommunikasiya və böhran kommunikasiya hallarının idarə olunması prosesində tibb müəssisələrinin rolu, eləcə də tabeli tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr, böhran kommunikasiyası, rəqəmsal marketinq istiqamətində görülən işlərdən danışıb.

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin fəaliyyətinin rüblük əsaslarla qiymətləndirildiyini, TƏBİB-in Kommunikasiya Strategiyasına uyğun olaraq onların vaxtaşırı təlimlərə cəlb edildiyini qeyd edən Z.Ədilova  müəssisə rəhbərlərinin ictimaiyyətlə əlaqələr fəaliyyətinə diqqətinin artırılmasının, yüksəkixtisaslı kadrların işə cəlb olunmasının vacibliyini də qeyd edib.

Sonda çıxış edən V.Qurbanov 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vacib istiqamətlərə də toxunub:

"Tərəfimizdən bütün istiqamətlər üzrə müasir çağırışlara uyğun təkmilləşdirmə və optimallaşdırmalar aparılır. Yeni layihəyə əsasən isə yaxın vaxtlarda regionlarda zəruri cərrahi xidmətlərin təşkilində beynəlxalq standartların tətbiq edilməsi bu sahədə 2030-cu ilə qədər müəyyən edilmiş beynəlxalq hədəflərə çatmağımıza zəmin yaradacaqdır. Layihə çərçivəsində bütün xəstəxanalarımızda qiymətləndirmə aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan qaldırılması üçün plan hazırlanacaqdır” – deyə TƏBİB-in İcraçı direktoru qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Cəmiyyət 11:22
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Cəmiyyət 17:20
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Cəmiyyət 14:10
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Cəmiyyət 12:34
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Cəmiyyət 20:24
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Xalq artisti vəfat etdi
Cəmiyyət 22:49
Xalq artisti vəfat etdi
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Cəmiyyət 15:32
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol