• $
  • £

Ermənistan müxalifəti tələb edir ki, onlara sülh sazişi göstərilsin

Ermənistan müxalifəti tələb edir ki, onlara sülh sazişi göstərilsin
02.12.2024 12:08
Ermənistanda bir qrup müxalifətçi deputat məhkəməyə müraciət edərək Azərbaycanla imzalanacaq olan sülh sazişi sənədi ilə tanış olmaq üçün imkan yaratmağı tələb ediblər. Bu barədə müxalifətin yaydığı bəyanatda deyilir.  
 
"Deputatlar xarici işlər nazirinin 14 mart 2024-cü il tarixli qərarının qeyri-qanuni tanınmasını tələb edirlər ki, bu qərarla onlara Azərbaycanla müqavilə layihəsi ilə tanış olmaq qadağan edilib.

Baş nazir Nikol Paşinyan bildirib ki, o, müxalifətə saziş layihəsi ilə tanış olmaq imkanı verməmək qərarına gəlib, çünki bundan sonra "daxili siyasi məqsədlər üçün” istifadə olunacaq.

Bir müddət öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla saziş imzalamaq üçün "bir-iki məqam”ın razılaşdırılmalı olduğunu bildirərək, Yerevan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin: Hörmüz boğazından asılı neft hasilatı bir ay ərzində tam dayana bilər
Dünya 21:21
Putin: Hörmüz boğazından asılı neft hasilatı bir ay ərzində tam dayana bilər
BƏƏ İranın Türkiyəyə ballistik raket zərbəsi cəhdini pisləyib
Dünya 20:17
BƏƏ İranın Türkiyəyə ballistik raket zərbəsi cəhdini pisləyib
ABŞ Adana Konsulluğundakı əməkdaşlarını təxliyə edir
Dünya 16:18
ABŞ Adana Konsulluğundakı əməkdaşlarını təxliyə edir
İrandan Türkiyəyə raket atıldı
Dünya 16:05
İrandan Türkiyəyə raket atıldı
İranın yeni Ali Lideri xalqa müraciət edib - Video
Dünya 16:00
İranın yeni Ali Lideri xalqa müraciət edib - Video
Türkiyənin Sakarya bölgəsində PUA tapılıb
Dünya 15:38
Türkiyənin Sakarya bölgəsində PUA tapılıb
Putin Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib
Dünya 14:46
Putin Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib
Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib
Dünya 14:35
Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Siyasət 13:46
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol