• $ 1.7
  • € 1.9769
  • ₽ 0.021632
  • ₺ 0.0421
  • £ 2.2811

Şuşaya növbəti köç yola salınıb

Şuşaya növbəti köç yola salınıb
04.12.2024 10:52
Dekabrın 4-də Şuşaya 48 ailə olmaqla 164 nəfər köçürülüb.  Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bildirilib. 
 
Şuşaya ilk köç mayın 11-i baş tutub. 
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 


Prezidentin Şuşada xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bildirib ki, "Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşada ötən ilin avqust-sentyabrdan başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.
 
Şuşa 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 2020-ci il noyabrın 8-də Azərbaycan ordusu tərəfindən azad edilib. 


Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İyul ayının pensiya ödənişi yekunlaşdırılıb
Cəmiyyət 15:15
İyul ayının pensiya ödənişi yekunlaşdırılıb
Sabah Bakıda 37, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:49
Sabah Bakıda 37, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ
Elektrik enerjisinin ixracı artırılıb
Cəmiyyət 12:34
Elektrik enerjisinin ixracı artırılıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb
Cəmiyyət 11:08
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb
Bəzi yerlərdə 41 dərəcə isti olub
Cəmiyyət 10:44
Bəzi yerlərdə 41 dərəcə isti olub
Azərbaycanda milli mətbuatın 150 illiyi qeyd olunur
Cəmiyyət 09:01
Azərbaycanda milli mətbuatın 150 illiyi qeyd olunur
“Nar” Daşkəsən festivalında iştirak edib
Cəmiyyət 22:31
“Nar” Daşkəsən festivalında iştirak edib
Bakının iki mikrorayonu iki saatdan çoxdur işıqsız qalıb - Video
Cəmiyyət 21:31
Bakının iki mikrorayonu iki saatdan çoxdur işıqsız qalıb - Video
Novxanıda daha bir nəfər ölüb
Cəmiyyət 20:14
Novxanıda daha bir nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol