• $
  • £

Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar verib

Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar verib
04.12.2024 12:08
Nazirlər Kabineti "Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Yol hərəkəti haqqında” qanuna əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA” informasiya sisteminə aşağıdakı məlumatlar ötürür:

1. kiçik elektrik nəqliyyat vasitəsinin operatoru olan hüquqi şəxsin adı və VÖEN-i və ya fərdi sahibkarın soyadı, adı və atasının adı, VÖEN-i;
2. kiçik elektrik nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən olunmuş eyniləşdirmə məlumatı, habelə operatoru tərəfindən müəyyən olunmuş eyniləşdirmə nömrəsi;

3. kiçik elektrik nəqliyyat vasitəsilə səfərin eyniləşdirmə nömrəsi, səfərin başlanma və başa çatma yeri, tarixi və vaxtı, səfər üzrə hərəkət marşrutu və sürəti barədə məlumatlar.

Qərar "Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” 28 iyun 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında dövlət başçısının 24 iyul 2024-cü il tarixli fərmanının 2.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 13:46
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Qəbələdə İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir - Yenilənir
Siyasət 12:45
Qəbələdə İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir - Yenilənir
Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələr baş tutub
Siyasət 20:30
Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələr baş tutub
Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək
Siyasət 19:14
Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Siyasət 16:12
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
Siyasət 15:20
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
XİN bəyanat yayıb
Siyasət 14:05
XİN bəyanat yayıb
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Siyasət 13:38
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol