• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

Apple rəhbəri şirkət rəhbərliyindən nə vaxt gedəcəyini açıqlayıb

Apple rəhbəri şirkət rəhbərliyindən nə vaxt gedəcəyini açıqlayıb
05.12.2024 13:39
Apple-ın baş direktoru Tim Kuk bildirib ki, şirkət rəhbəriyindən daxili səsi ona vaxtın çatdığını dediyi zaman ayrılacaq. Bu barədə o, Wired nəşrinə müsahibəsində bildirib. 

Kuk qeyd edib ki, ona tez-tez şirkətin rəhbəri vəzifəsində nə qədər qalacağı barədə suallar verilir. O, işini və işlədiyi yeri çox sevdiyini vurğulayıb.
 
"Burada olmaq ömür boyu bir imtiyazdır. Mən bunu başımdakı səs ‘Vaxt çatdı’ deyənə qədər edəcəyəm,” -  o bildirib.

Şirkətin rəhbəri həmçinin Apple-sız həyatını təsəvvür edə bilmədiyini deyib.
 
Kuk 1998-ci ildən Apple-da işləyir və 2011-ci ildən şirkətin baş direktoru vəzifəsini tutur. Kuk vəzifəsindən ayrılmağa qərar verdikdə, həyatının "növbəti mərhələsinə" diqqət yetirəcəyini deyib.

Bundan əlavə, Kuk vurğulayıb ki, onun mirası başqaları tərəfindən qiymətləndiriləcək, lakin o, Apple-ın "dünyanı dəyişən inanılmaz məhsulları” ilə xatırlanacağına əmindir.

O, həmçinin bildirib ki, Şimali Karolinaya qasırğa düşdüyü zaman, insanlar mobil şəbəkənin olmadığı şəraitdə cihazlarındakı  SOS funksiyasından istifadə edərək peyklə əlaqədə qala biliblər və bunun üçün ona çoxlu təşəkkür mesajları gəlib.
 
Gülnar Nazimqızı















































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 23:22
Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib
Prezidentin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb
Siyasət 21:11
Prezidentin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
Siyasət 14:18
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
Əliyev Litvanın milli bayramı münasibətilə Gitanas Nausedaya təbrik məktubu göndərib
Siyasət 11:09
Əliyev Litvanın milli bayramı münasibətilə Gitanas Nausedaya təbrik məktubu göndərib
Belqraddakı binalardan biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Siyasət 22:32
Belqraddakı binalardan biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq
Siyasət 20:55
Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq
Belqradda Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası keçirilib - Yenilənib
Siyasət 19:51
Belqradda Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası keçirilib - Yenilənib
Azərbaycan Serbiyaya investisiya yatırmağa hazırdır - Prezident
Siyasət 18:10
Azərbaycan Serbiyaya investisiya yatırmağa hazırdır - Prezident
Serbiya prezidenti: Azərbaycanın zirə məhsulları çox dadlıdır
Siyasət 18:03
Serbiya prezidenti: Azərbaycanın zirə məhsulları çox dadlıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol