• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı salınacaq

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı salınacaq
06.12.2024 16:51
Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkının salınması planlaşdırılır. Bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə keçirilən ağacəkmə aksiyasında tədbirdə iştirak edən hər bir qonağın adına ağac əkilib. 

"Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Həmin ərazidə böyük bir Qərbi Azərbaycan parkı salınacaq".

Deputat bildirib ki, konfrasın ilk günündə baş tutan panel sessiyada qonaqlara Qərbi Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumat verilib.

"Bugünkü tədbir isə Qərbi Azərbaycan irsi ilə bağlıdır. Soydaşlarımız Qərbi Azərbaycanda zəngin mədəni irs qoyublar. Bu irsi emənilər ən müxtəlif formada saxtalaşdırıblar. Bununla bağlı sərgi nümayiş etdirilib. Eyni zamanda, bu gün musiqimiz, mətbəximiz, mədəniyyətimiz təqdim olunacaq. Məqsədimiz odur ki, qonaqlar bu dinləmələrlə kifayətlənməsinlər və bilsinlər ki, o ərazilərdəki mədəni irsimizə qarşı vəhşilik törədilib", - Ələkbərli bildirib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Cəmiyyət 21:56
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Şair Qərib Mehdi vəfat edib
Cəmiyyət 21:53
Şair Qərib Mehdi vəfat edib
Vaqif Allahverdiyevə hökm oxunub
Cəmiyyət 19:17
Vaqif Allahverdiyevə hökm oxunub
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Cəmiyyət 19:10
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:03
Faktiki hava açıqlanıb
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik
Cəmiyyət 18:56
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Cəmiyyət 18:36
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Yevlaxda ev yanıb
Cəmiyyət 18:23
Yevlaxda ev yanıb
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Cəmiyyət 17:28
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol