• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub

Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
03.12.2024 20:04
3 dekabr 2024-cü ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycanın qəhrəmanlıq salnaməsində zəfər zirvəsi olan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr olunan, şəhid mayor Vüsal Vəliyevin xatirəsinə ehtiramla Adilə Nəzərin "Axirətdən gələn səs” qəhrəmanlıq dramı əsasında İftixarın "Səs” adlı rejissor tamaşasının premyerasını təqdim edib.
 
Avanqard üslubda, qeyri-səlis təbəddülatla nümayiş olunan səhnə əsəri Qarabağ müharibəsində şücaət göstərən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ərazi bütövlüyümüz yolunda canlarını fəda edən şəhidlərimizin mübarizə amallarını təcəssüm etdirir. 
Tamaşanın quruluşçu rejissoru, bədii və musiqi tərtibatının, rəqslərin quruluşçusu Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir. 

"Səs” 44 günlük Vətən müharibəsi mövzusunda tamaşaya qoyulan ilk əsərdir. Əsərdə baş qahrəmanla yanaşı Milli Qəhrəman Mübariz İbrahimov, Polad Həşimov və digər qəhrəmanlarımız da  ümumiləşdirilmiş Komandir obrazında yad edilir.  

Premyerada ölkənin tanınmış simaları – millət vəkilləri, ədəbiyyatşünas-alimlər, sənətşünaslar, şəhid ailələri, qazilər, televiziya, qəzet və sayt nümayəndələri iştirak etdi. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı. 

Rollarda: Səmayə Nəbiyeva (Səmayə ana), Samir Əliyev (Vüsal), Əməkdar artist Esmiralda Şahbazova (Mədinə), Niyaməddin Səfərəliyev (İslam), Natiq Həziyev (Milli qəhrəman), Pərvin Dadaşova (İnci), Anar Həşimov (Elyar), Naibə Nemətova (Afaq), Xədicə Məmmədova (Snayper) və başqaları.     
 
 Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.

Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları və "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol