• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
12.12.2024 22:22

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı verilən proqnozlara əsasən, Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən bildirilir ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər:

"Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir”.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edilib:

"Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!”
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobuslara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb
Cəmiyyət 12:39
Avtobuslara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb
Badamdarda ev yanıb - Video
Cəmiyyət 12:00
Badamdarda ev yanıb - Video
Minaya düşən veteranın son durumu açıqlanıb - Yenilənib
Cəmiyyət 11:08
Minaya düşən veteranın son durumu açıqlanıb - Yenilənib
Dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava
Cəmiyyət 11:00
Dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava
Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Cəmiyyət 10:40
Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 10:26
DYP sürücülərə müraciət edib
Qobustanda əməliyyat - Xeyli silah-sursat tapılıb
Cəmiyyət 10:05
Qobustanda əməliyyat - Xeyli silah-sursat tapılıb
Balakəndə 4 otaqlı ev yanıb
Cəmiyyət 22:52
Balakəndə 4 otaqlı ev yanıb
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib
Cəmiyyət 22:33
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol