• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
17.12.2024 22:56
Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Bu barədə AFFA məlumat yayıb.

İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun milli komandanın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabatı dinlənilib. İcraiyyə Komitəsi üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş millinin gələcək perspektivləri barədə gözləntilərini bölüşüb.

Ardından AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandaların seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb. Bu xüsusda təklif və rəylər dinlənilib, nəzərə alınıb.

İcraiyyə Komitəsinin iclasında AFFA-nın inkişaf strategiyası ilə bağlı son durum barədə məlumat verilib. Strategiya 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacaq.
 
İclasda milli komandanın baş məşqçisi Fernandu Santuşla bağlı hər hansı qərar verilməyib. Daha əvvəl onun Millətlər Liqasında uğursuz nəticədən sonra istefaya göndəriləcəyinə dair xəbərlər yayılmışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
İdman 15:42
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
İdman 14:39
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
UEFA “Ayntraxt”ı cərimələyib
İdman 15:53
UEFA “Ayntraxt”ı cərimələyib
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İdman 13:36
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
İdman 22:30
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Azərbaycanlı hakim-inspektor Konfrans Liqası matçına təyinat aldı
İdman 19:30
Azərbaycanlı hakim-inspektor Konfrans Liqası matçına təyinat aldı
Azərbaycanın qadın güləşçisi İslamiadanın qalibi olub
İdman 22:01
Azərbaycanın qadın güləşçisi İslamiadanın qalibi olub
Əli Əsədov WA prezidenti ilə görüşüb
İdman 19:10
Əli Əsədov WA prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol