• $
  • £

Prezidentdən Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ilə bağlı paylaşım

Prezidentdən Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ilə bağlı paylaşım
19.12.2024 20:09
Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib.O, bu barədə "X” hesabında yazıb.

"Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.
Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.
Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.
Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”, - paylaşımda qeyd olunub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 13:46
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Qəbələdə İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir - Yenilənir
Siyasət 12:45
Qəbələdə İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir - Yenilənir
Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələr baş tutub
Siyasət 20:30
Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələr baş tutub
Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək
Siyasət 19:14
Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Siyasət 16:12
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
Siyasət 15:20
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
XİN bəyanat yayıb
Siyasət 14:05
XİN bəyanat yayıb
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Siyasət 13:38
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol