• $
  • £

QDİƏT-ə sədrlik Azərbaycana təhvil verilib

QDİƏT-ə sədrlik Azərbaycana təhvil verilib
20.12.2024 18:49
19 dekabr 2024-cü il tarixində onlayn formatda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu iclası keçirilib.Bu barədə XİN-dən bildirilib.
 
İclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iştirak edib.

Yalçın Rəfiyev çıxışında Azərbaycanın QDİƏT-in təsisçi üzvü kimi Təşkilat çərçivəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gücləndirilməsinə daim töhfə verdiyini və Azərbaycanın Təşkilatın daha nəticəyönümlü və praktik əməkdaşlıq platformasına çevrilməsi zərurətini dəstəklədiyini vurğulayıb.

Azərbaycanın Orta Dəhliz vasitəsilə regionun tranzit potensialını artırmaq və təhlükəsiz nəqliyyat marşrutları yaratmaq istiqamətində fəaliyyəti, yaşıl enerji sahəsində Avropaya ixracın artırılması və Qara Dəniz Sualtı Kabel layihəsi vasitəsilə enerji ötürülməsi ilə bağlı əldə olunan nailiyyətlərdən bəhs olunub.

Cari ilin 11-23 noyabr tarixlərində Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Azərbaycanın beynəlxalq iqlim gündəliyinin irəlilədilməsində əldə etdiyi mühüm uğurlar, xüsusən də iqlim maliyyəsinin artırılması və karbon bazarlarına dair razılaşmalarla bağlı irəliləyişlər diqqətə çatıdırılıb.

2025-ci ildə QDİƏT çərçivəsində işçi qruplarının fəaliyyətinin gücləndirilməsi və üzv dövlətlər arasında sahəvi əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın əsas prioritetlərdən biri olacağı qeyd olunub, bu istiqamətdə üzv dövlətlər birgə qarşılıqlı fəaliyyətə dəvət edilib.

Tədbirin yekununda hazırki iclasın protokolu, bir sıra vacib qərarların qəbulu ilə yanaşı, 2025-ci ilin birinci yarısı üçün sədrlik Azərbaycan Respublikasına təhvil verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 13:46
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Qəbələdə İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir - Yenilənir
Siyasət 12:45
Qəbələdə İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir - Yenilənir
Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələr baş tutub
Siyasət 20:30
Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələr baş tutub
Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək
Siyasət 19:14
Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Siyasət 16:12
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
Siyasət 15:20
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
XİN bəyanat yayıb
Siyasət 14:05
XİN bəyanat yayıb
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Siyasət 13:38
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol