Sumqayıtda zavodda baş verən yanğın söndürülüb - Yenilənib
![Sumqayıtda zavodda baş verən yanğın söndürülüb - Yenilənib Sumqayıtda zavodda baş verən yanğın söndürülüb - Yenilənib](https://anews.az/photo/850x500/2024-12/1734772950_6aa9fc3b-6873-3da9-a659-a92c7ce3bf6f_850-1.jpg)
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
13:05
Sumqayıt şəhərində yerləşən zavodlardan birinin həyətində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, "112” qaynar telefon xəttinə zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)