Sabah dərslər ənənəvi qaydada davam edəcək - Rəsmi
![Sabah dərslər ənənəvi qaydada davam edəcək - Rəsmi Sabah dərslər ənənəvi qaydada davam edəcək - Rəsmi](https://anews.az/photo/850x500/2024-12/1735131355_1735131268_1734944027_fenn.jpg)
Dekabrın 26-da ölkədə təyyarə qəzası ilə bağlı matəm günün elan olunsa da məktəblərdə dərslər ənənəvi qaydada keçiriləcək. Bu barədə anews.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Bu gün Prezident İlham Əliyev dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Baş verən hadisə nəticəsində 32 nəfərin sağ qaldığı bildirilib. Onlardan 14-nün azərbaycanlı olduğu təsdiqlənib. İlkin məlumata görə onların vəziyyəti ağırdır.
Təyyarədə ümumilikdə 67 nəfər olub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)