• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

ABŞ-dan 2 ukraynalı deputata sanksiya

ABŞ-dan 2 ukraynalı deputata sanksiya
24.01.2014 19:35
Ukrayna prezidenti Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyasının iki deputatı – Vladimir Oleynik və Yelena Bondarenkonun ABŞ-a girişinə qadağa qoyulub.APA-nın xəbərinə görə, bunu Ukraynanın mərhum jurnalisti, 2000-ci ildə qətlə yetirilmiş Georgi Qonqadzenin ABŞ-da yaşayan həyat yoldaşı Miroslava Qonqadze özünün “Facebook” səhifəsində yazıb. “Bu, artıq rəsmi qərardır – Oleynik və Bondarenkonun Amerikaya girişi yasaqlanıb. Klyuyev (Müdafiə və Təhlükəsizlik Şurasının sədri) də sual altındadır”, deyə o, bildirib.    Qeyd edək ki, V. Oleynik və Y. Bondarenko yanvarın 16-da Ali Radada kütləvi qarşıdurma şəraitində əl qaldırmaq yolu ilə qəbul olunmuş mürtəce qanun dəyişikliklərinin müəllifləridir.  Xatırladaq ki, daha əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi ötən ilin noyabrında və dekabrında Müstəqillik meydanındakı nümayişçilərə qarşı güc tətbiqində əli olan bəzi məmurların ABŞ vizalarını ləğv edib. Bu şəxslərin adları açıqlanmayıb. Avropa Birliyi isə hakimiyyət və müxalifət arasındakı dialoqa dəstək məqsədilə xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissar Ketrin Eşton və genişlənmə, Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Füleni Kiyevə göndərmək qərarına gəlib. Ş. Füle yanvarın 24-25-də, K. Eşton isə gələn həftə Ukraynada səfərdə olacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol