Ödəmə terminalından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakının Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.
www.anews.az