• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Bakıda xəncərlə mühafizəçiyə hücum edən şəxs saxlanılıb

Bakıda xəncərlə mühafizəçiyə hücum edən şəxs saxlanılıb
30.12.2024 12:30
Bakının mərkəzində yerləşən "Capital Towers” yaşayış kompleksində insident baş verib.

Oxu.az xəbər verir ki, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə etdikləri deyilən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər.

Mühafizəçi narkotikin təsiri altında olduğu bildirilən şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq mühafizəçini söyməyə və döyməyə başlayıblar.Əlində xəncər olan şəxslərdən biri ona hücum edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimovun açıqlamasına görə, mühafizəçiyə suvenir xəncərlə hücum edən şəxs saxlanılıb: 
 
"Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır”. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının bəzi ərazilərinə yağış yağır -FAKTİKİ HAVA
Cəmiyyət 11:13
Bakının bəzi ərazilərinə yağış yağır -FAKTİKİ HAVA
“SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb
Cəmiyyət 10:50
“SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb
Emin Əmrullayev: Məcburi köçkün məktəbləri mərhələli şəkildə bağlanacaq
Cəmiyyət 10:12
Emin Əmrullayev: Məcburi köçkün məktəbləri mərhələli şəkildə bağlanacaq
60 min manata yaxın pul olan seyf oğurlanıb
Cəmiyyət 09:45
60 min manata yaxın pul olan seyf oğurlanıb
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Cəmiyyət 21:47
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Cəmiyyət 19:49
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 19:20
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:50
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Cəmiyyət 18:02
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol