• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib

Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib
08.01.2025 16:20
Nazirlər Kabineti "Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması Qaydası”nı təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.


Qərara əsasən, Qayda "Aviasiya haqqında” qanunun 29.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və digər dövlətdə yerləşən aviasiya personalının, habelə aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlarını almaq istəyən namizədlərin və tələbələrin hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması ilə bağlı tələbləri müəyyən edir.


Qayda ilə tənzimlənməyən məsələlər "Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiya və həmin Konvensiyaya 1 saylı Əlavə - "Aviasiya personalının sertifikatlaşdırılması” Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, o cümlədən "Doc 9841, təlim təşkilatlarının təsdiqi haqqında Təlimat” nəzərə alınmaqla həyata keçirilir.


Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması həmin xarici təlim təşkilatlarının birbaşa müraciəti və ya bu Qaydaya nəzərdə tutulmuş müqavilə əsasında həyata keçirilir.


Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.


Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanun, digər normativ hüquqi aktlar və mülki aviasiya sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş mənaları ifadə edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sun ilə hədiyyələr sənin olsun” lotereyasının qalibləri məlum olub
Cəmiyyət 16:11
“Sun ilə hədiyyələr sənin olsun” lotereyasının qalibləri məlum olub
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Cəmiyyət 15:34
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Qarabağda 3 minə yaxın şagird təhsil alır
Cəmiyyət 12:26
Qarabağda 3 minə yaxın şagird təhsil alır
Sabah hava yağmursuz olacaq - Proqnoz
Cəmiyyət 12:19
Sabah hava yağmursuz olacaq - Proqnoz
Bakıda silah-sursat aşkarlanıb
Cəmiyyət 12:04
Bakıda silah-sursat aşkarlanıb
Nazir alimlərlə görüşüb
Cəmiyyət 11:02
Nazir alimlərlə görüşüb
FHN-i çağırdılar, 12 yaşlı uşağın yatdığı məlum olub - Video
Cəmiyyət 10:33
FHN-i çağırdılar, 12 yaşlı uşağın yatdığı məlum olub - Video
Dumanlı hava sabahadək davam edəcək
Cəmiyyət 10:09
Dumanlı hava sabahadək davam edəcək
1 saylı Sumqayıt “ASAN xidmət” fəaliyyətini qismən məhdudlaşdırır
Cəmiyyət 09:49
1 saylı Sumqayıt “ASAN xidmət” fəaliyyətini qismən məhdudlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol