• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılışı keçirilib

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılışı keçirilib
09.01.2025 22:50
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Yarış Gənclər və İdman nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə 10-13 yanvar tarixlərində keçiriləcək.

Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan, Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın şəxs iştirak edəcək.
 
Atletlər yanvarın 10-da sprint, 11-də vertikal və 13-də individul növlər üzrə mübarizə aparacaqlar.

Yarışda Azərbaycanı Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edir.
Açılış nitqi ilə çıxış edən Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş Katibi Jordi Canals Azərbaycanın Dünya Kubokunun təşkili üçün həyata keçirdiyi hazırlıq işlərini və yaradılan infrastrukturu, bu idman növünün inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zengstşmid 2022-ci ilin oktyabr ayından etibarən rəhbərlik etdiyi qurumun Beynəlxalq Xizək Alpinizmi Federasiyasına üzv seçildiyini və ötən ildən başlayaraq beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan Dağ Xizəyi üzrə məşqçilik fakültəsinin bu idman növünün inkişafına gələcəkdə mühüm töhfə verəcəyini deyib.

Dünya Kubokunun Azərbaycanda keçirilməsinin ölkənin idman tarixi üçün mühüm hadisə olduğunu qeyd edən "Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov bu yarışın idmançıların bacarıq və əzmini nümayiş etdirməklə yanaşı, onları bir araya gətirərək dostluq və həmrəylik dəyərlərinin təbliğinə xidmət göstərdiyini bildirib.

Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fuad Qəhrəmanlı DTX-yə çağırılıb
Cəmiyyət 19:41
Fuad Qəhrəmanlı DTX-yə çağırılıb
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Cəmiyyət 18:20
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Cəmiyyət 14:26
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol