• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Ərini öldürməkdə şübhəli bilinirdi - Sərbəst buraxıldı/Yenilənib

Ərini öldürməkdə şübhəli bilinirdi - Sərbəst buraxıldı/Yenilənib
13.01.2025 14:00
Ötən il itkin düşmüş Salyan sakininin arvadı tərəfindən yox, oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.  Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.


Bildirilib ki, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub. Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

stintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı il təvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.


Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.


Cinayət işi üzrə istintaq davam etdirilir.

12:22
Salyanın Yeni Uluxanlı kəndində ərini qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan 39 yaşlı Mətanət Hüseynova sərbəst buraxılıb. Bu barədə oxu.az məlumat verib. 

Bildirilib ki, ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi ilə bağlı başqa saxlanılan var.

Salyan Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürüldüyü müəyyən edilib. 2024-cü il dekabrın 17-də 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanılıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmiş və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulmuşdu.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN: İki gündə 89 cinayət açılıb, 85 şübhəli saxlanılıb
Cəmiyyət 10:43
DİN: İki gündə 89 cinayət açılıb, 85 şübhəli saxlanılıb
Güclü geomaqnit qasırğası gözlənilir
Cəmiyyət 09:55
Güclü geomaqnit qasırğası gözlənilir
Ekspert İlham İsmayıl reanimasiyaya yerləşdirilib
Cəmiyyət 09:49
Ekspert İlham İsmayıl reanimasiyaya yerləşdirilib
Bir həftədə 165 yanğınla bağlı FHN-ə müraciət olunub
Cəmiyyət 09:38
Bir həftədə 165 yanğınla bağlı FHN-ə müraciət olunub
İspaniyanın cənubunda iki qatar toqquşub, azı 21 nəfər ölüb
Cəmiyyət 09:36
İspaniyanın cənubunda iki qatar toqquşub, azı 21 nəfər ölüb
Leyla Əliyeva Efiopiyaya səfər edib
Cəmiyyət 09:34
Leyla Əliyeva Efiopiyaya səfər edib
Apple iPhone 18 buraxmağa hazırlaşır
Cəmiyyət 07:53
Apple iPhone 18 buraxmağa hazırlaşır
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 21:35
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub,yaralı var
Cəmiyyət 20:35
Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub,yaralı var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol