• $ 1.7
  • € 1.9834
  • ₽ 0.020901
  • ₺ 0.0412
  • £ 2.2866

Qazaxın azad olunan kəndlərində nə qədər mina aşkarlanıb?

Qazaxın azad olunan kəndlərində nə qədər mina aşkarlanıb?
17.01.2025 14:55
Qazağın işğaldan azad olunan kəndlərində 59 ha ərazi təmizlənib, 780 ədəd piyada əleyhinə mina, 95 ədəd tank əleyhinə mina və 32 ədəd partlamamış hərbi sursat aşkar edilib. Bu barədə Apa məlumat yayıb. 
 
Bildirilib ki, ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Bu ərazilərdə minaların mina xətti kimi deyil, qrup minaları, yəni 5-6 və daha çox minadan ibarət formatda basdırılması hallarına rast gəlinir.
 
Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü, dünyada isə onuncu yerdə qərarlaşıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsi prosesini ANAMA, Müdafiə Nazirliyi, Fövqəlada Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri birgə həyata keçirir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlin ikinci Ay tutulması başlayıb
Cəmiyyət 20:00
İlin ikinci Ay tutulması başlayıb
İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaq
Cəmiyyət 18:30
İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaq
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
Cəmiyyət 18:02
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
Sumqayıtda 72 yaşlı kişi dənizdə batıb
Cəmiyyət 17:43
Sumqayıtda 72 yaşlı kişi dənizdə batıb
Goranboyda yük avtomobili obyektə çırpılıb
Cəmiyyət 17:01
Goranboyda yük avtomobili obyektə çırpılıb
Gəncədə ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var - Yenilənib
Cəmiyyət 16:07
Gəncədə ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var - Yenilənib
Bakı mənzildə meyit tapılıb
Cəmiyyət 13:10
Bakı mənzildə meyit tapılıb
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 13:00
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Yağış yağacaq,şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:26
Yağış yağacaq,şimşək çaxacaq - PROQNOZ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol