• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Vətəndaş ambulansın çağırışa gəlmədiyini deyir- Rəsmi açıqlama/Video

Vətəndaş ambulansın çağırışa gəlmədiyini deyir- Rəsmi açıqlama/Video
21.01.2025 14:42
Sabirabadın Bulaqlı kənd sakini təcili yardım çağırsa da gəlmədiyini deyir, TƏBİB isə bu faktı təkzib edib. 
 
Belə ki, vətəndaş çəkdiyi videoda bildirir ki, o təcili yardıma zəng edib və ona cavab olaraq təcili yardımın başqa ərazidə çağrışda olduğu deyilib. 
 
Vətəndaş çəkdiyi videoda təcili yardım maşınlarını çəkərək iddia edir ki, ona bilərəkdən yardım göstərilməyib. 
 
Məsələ ilə bağlı TƏBİB-dən Anews.az-a bildirilib ki, videgörüntünü qeydə alan şəxs təcili tibbi yardıma "xəstəmiz var” səbəbilə müraciət edib, elə həmin anda da çağırışdan imtina edib.
 
"Videogörüntünü qeydə alan şəxs 20.01.2025-ci il tarixində saat 19:41-də təcili tibbi yardıma "xəstəmiz var” səbəbilə müraciət edib, elə həmin anda da çağırışdan imtina edib. Daha sonra isə stansiyanın həyətinə daxil olaraq çəkiliş aparmağa başlayıb.Ambulanslar texniki vasitələrdir, onların çağırışa yollanması üçün yüksəkixtisaslı həkim, tibb bacısı və ilkin təcili yardım təlimi almış sürücüdən ibarət təcili tibbi yardım briqadası formalaşmalıdır. Ambulanslar texniki vasitələrdir, onların çağırışa yollanması üçün yüksəkixtisaslı həkim, tibb bacısı və ilkin təcili yardım təlimi almış sürücüdən ibarət təcili tibbi yardım briqadası formalaşmalıdır"-, qurumun açıqlamasında qeyd olunub. 
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqladığı statistikaya əsasən, 2020-ci ildən 2024-cü ilədək ümumilikdə 349 təcili tibbi yardım avtomobili alınıb.


 
Firayə Nurizadə 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Cəmiyyət 21:56
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Şair Qərib Mehdi vəfat edib
Cəmiyyət 21:53
Şair Qərib Mehdi vəfat edib
Vaqif Allahverdiyevə hökm oxunub
Cəmiyyət 19:17
Vaqif Allahverdiyevə hökm oxunub
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Cəmiyyət 19:10
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:03
Faktiki hava açıqlanıb
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik
Cəmiyyət 18:56
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Cəmiyyət 18:36
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Yevlaxda ev yanıb
Cəmiyyət 18:23
Yevlaxda ev yanıb
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Cəmiyyət 17:28
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol