İmişlidə yol qəzasında yaralanan məktəbli ölüb

İmişlidə iki məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində yaralan iki məktəblidən biri ölüb. Bu barədə TƏBİB Anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
"Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb", - məlumatda deyilir.
Yanvarın 18-də İmişlidə "Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və "BMW” markalı DYP avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 2 məktəbli yerində öülb. Digər ikisi yaralanıb. Baş verən qəzada polis əməkdaşı da ağır yaralanıb.
Hadisə ilə bağlı bir nəfər həbs edilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 