• $ 1.7
  • € 1.9315
  • ₽ 2.042
  • ₺ 0.0446
  • £ 2.2456

Şəhidin adını daşıyan məktəb illərdir təmir olunmur- ŞİKAYƏT/YENİLƏNİB

Şəhidin adını daşıyan məktəb illərdir təmir olunmur- ŞİKAYƏT/YENİLƏNİB
23.01.2025 16:30
(Yazıya Lənkəran-Astara Regional Təhsil İdarəsinin açıqlaması əlavə olunub)
 
Cəlilabadda şəhid Elnur Hüseynovun adını daşıyan 1 saylı tam orta məktəb neçə illərdir ki, yararsız vəziyyətdədir. Bu barədə həmin məktəbdə iki övladı təhsil alan valideyn Kamran  Kamiloğlu anews.az-a şikayətində bildirib.

Valideynin sözlərinə görə, məktəb 20 ildir o vəziyyətdədir.
 
"Bir neçə dəfə məktəb direktoruna müraciət etdim. Məktəb direktoru da rayon təhsil idarəsinə deyib. Sonradan Təhsil Nazirliyindən gəlib baxdılar. Məsələni həll edəcəklərini desələr də, görünən hal ortadadır. Üzərindən beş il il keçib, tədbir görən yoxdur. Mənim 2 övladım yararsız təhsil ocağında təhsil alır. Məktəb hər an uça bilər. Uşaqlarımı təhsilləri üçün müvəqqəti Bakıya gətirdim. Ancaq uşaqlar öz məktəblərində oxumaq istəyirlər. Qorxu ilə gedib gəlirlər. Məktəbdə təxminən 500-ə yaxın uşaq təhsil alır.",- valideyn bildirib.
 
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, sorğuya ən qısa zamanda cavab veriləcək. 
 
***
 
Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəb binası əsaslı təmir, bərpa-gücləndirmə statusundadır və növbəti illərdə təmiri nəzərdə tutulub. 

"Təhsil müəssisəsinin binasına baxış keçirilib və mövcud vəziyyət dəyərləndirilib. Bununla bağlı aidiyyəti üzrə müvafiq qurumlar məlumatlandırılıb. Sözügedən məktəb binası əsaslı təmir, bərpa-gücləndirmə statusundadır və növbəti illərdə təmiri nəzərdə tutulub", - məlumatda deyilib.
 
 


Aytac Zeynalova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol