• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Unibank “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələri təqdim edib

Unibank “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələri təqdim edib
23.01.2025 17:34
"Unibank”ın "Əjdaha” lotereyasının beşinci tirajının qaliblərinə hədiyyələr təqdim olunub. Lotereyanın son tirajının əsas hədiyyəsi olan Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzilin sənədləri və 10 ədəd iPhone 15 Pro telefonu qaliblərə birbaşa təqdim edilib. Lotereyada qazanılan pul uduşları isə qaliblərin Unibank bank kartlarına köçürülüb.
 
"Əjdaha” lotereyasının sonuncu tirajının qalibləri öz təəssüratlarını bölüşüblər:
 
Sonuncu tirajda iPhone 15 Pro qazanan Gülnar Əhmədova 10 ildən artıqdır Unibank müştərisidir: "Lotereyadan əvvəldən məlumatlı idim. Davamlı Unibank kartımla alış-veriş edirdim və qalib olacağıma çox inanırdım. Telefon udduğumu eşidəndə, çox sevindim. Unibank hər zaman öz müştərisinə dəyər verir”.
Aydın Əbilov da "Əjdaha” lotereyadan iPhone 15 Pro udub: "Bütün alış-verişlərimi UCard-la edirəm. Hər tirajdan sonra qaliblər siyahısında adımı axtarırdım. Bankdan zəng edəndə ki, lotereyada telefon udmusan, çox sevindim”.

Sonuncu tirajda telefon uduşunun sahibi olan Anar Əzizov əvvəlki dörd tirajın nəticələrini hər zaman izləyib: "Lotereya haqqında məlumatım var idi. Əvvəlki tirajlarda qaliblər sırasında adımı görməyəndə də, lotereyanın şəffaflığına inanmışam. Çox sevinirəm ki, sonuncu tirajda iPhone 15 Pro qazandım”.
 
Beşinci tirajın daha bir telefon qazanan qalibi Malik Məmmədovdur: Doğrusu, lotereya haqqında məlumatlı deyildim. Ona görə telaefonuma bildiriş gələndə inanmamışdım. Sonra "Unibank”dan zəng etdilər və bundan sonra inandım”.

Beşinci tirajın əsas hədiyyəsini- Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən birini qazanan Fərid Həsənli isə hələ də bu gözəl xəbərin təsiri altındadır: "Mənim üçün o qədər sevincli bir xəbər oldu ki, hətta günlərlə belə dəyərli hədiyyə udduğuma inanmadım. Sevincimi ifadə etmək üçün söz tapa bilmirəm və hər bir Unibank müştərisinə belə böyük sevinci yaşamağı arzu edirəm.
"Unibank”dan gələn zəng Ayaz Bayramovun da böyük xəyalının cavabı olub: "Təkrar dəqiqləşdirdikdən sonra "Əjdaha” lotereyadan ev qazandığıma inandım. Çox böyük sevincdir. "Unibank”a müştərilərini hər zaman dəyər verdiyi üçün təşəkkür edirəm!”.

Unibank kartı çox sərfəli və rahat olduğu üçün hər zaman bütün ödənişlərini UCard-la edən Ülvi İsmayılova bu dəfə sevimli kartı gözəl bir mənzil qazandırıb: "Canlı efirdən "Unibank”ın lotereyasında mənzil qazandığımı eşidəndə, çox sevindim. İlk dəfədir ki lotereyada belə qiymətli hədiyyə qazanıram. Unibank hər zaman müştərisinə verdiyi dəyəri və keyfiyyətli xidməti ilə seçilib”.

Unibank müştəriləri üçün bir sıra yeniliklər hazırlayıb. Yeni xidmət  və məhsulların il ərzində müştərilərə təqdim olunması nəzərdə tutulur.
Unibank - Sənin Bankın!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Cəmiyyət 21:56
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Şair Qərib Mehdi vəfat edib
Cəmiyyət 21:53
Şair Qərib Mehdi vəfat edib
Vaqif Allahverdiyevə hökm oxunub
Cəmiyyət 19:17
Vaqif Allahverdiyevə hökm oxunub
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Cəmiyyət 19:10
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:03
Faktiki hava açıqlanıb
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik
Cəmiyyət 18:56
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Cəmiyyət 18:36
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Yevlaxda ev yanıb
Cəmiyyət 18:23
Yevlaxda ev yanıb
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Cəmiyyət 17:28
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol