• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Ankarada üçtərəfli Bəyannamə imzalanıb

Ankarada üçtərəfli Bəyannamə imzalanıb
29.01.2025 18:22
Yanvarın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənbildirilib ki, görüşdə, həmçinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər. Nazirlər gündəlikdə duran mövzular, o cümlədən xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrini inkişaf etdirməklə nəqliyyat və kommunikasiya sektorunda əməkdaşlığın gücləndirilməsi mövzuları üzrə çıxışlar səsləndiriblər.

Ceyhun Bayramov çıxışında ölkələrimiz arasında mövcud üçtərəfli formatın qorunub saxlanılması və inkişaf etdirilməsinin hazırkı parçalanmaqda olan beynəlxalq münasibətlər sistemində nümunəvi xarakter daşıması ilə yanaşı, o cümlədən digər regional əməkdaşlıq formatlarını tamamlamaq, əməkdaşlıq potensialından istifadəni maksimallaşdırmaq, ortaq təhdidlərə qarşı birgə cavab tədbirlərinin görülməsi baxımından əhəmiyyətini qeyd edib.

Ölkələrimizin yerləşdikləri Xəzər, Qara və Aralıq dənizləri regionlarını birləşdirən bir sıra strateji əhəmiyyətli layihələrin, o cümlədən "Rəqəmsal İpək Yolu” və "yaşıl enerji ixracı” kimi təşəbbüslərin üçtərəfli əməkdaşlığımızın əhəmiyyətini artırdığı qeyd olunub.

Azərbaycan-Türkiyə-Özbəkistan arasında bir sıra regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın, qarşılıqlı dəstək və ortaq mövqedən çıxış edilməsi təcrübəsinin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyimiz zamanı fəaliyyətimizə, habelə irəli sürülən regional və qlobal təşəbbüslərə verilən dəstəyə görə təşəkkür edilib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyimizin də gündəliyinə uyğun olan bağlantılar, rəqəmsallaşma, dayanıqlı inkişaf, nəqliyyat, təhsil sahələri üzrə prioritetlərin irəlilədilməsinin, o cümlədən üçtərəfli əməkdaşlıq gündəliyimiz ilə üst-üstə düşdüyü qeyd olunub.

Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı, mövcud çağırışlar barədə ətraflı məlumat verib. Keçmiş işğal nəticəsində 30 ilə yaxın müddət ərzində digər ərazilərimizdən təcrid olunmuş torpaqlarımızda nəqliyyat-infrastruktur quruculuğunun, xüsusilə Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, yenidənqurma işlərində qardaş Türkiyə və Özbəkistanın göstərdiyi dəstək təqdir olunub.

Geniş anlamda regional sülh, təhlükəsizlik və inkişafın təmininin ortaq baxışımızın əsasını təşkil etdiyi, bu istiqamətdə Əfqanıstana yönələn sosial-iqtisadi dəstək təşəbbüslərinin, Trans-Əfqanıstan Dəmir Yol Xətti layihəsinin inkişafının diqqət mərkəzində olduğu qeyd edilib. Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində əldə olunan atəşkəsin və ona riayət olunmasının əhəmiyyəti, İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun şəkildə "iki dövlət prinsipi” əsasında həllini tapmasının vacibliyi diqqətə çatdırılıb. O cümlədən Suriyada Əsəd rejiminin çöküşündən sonra bu ölkənin dirçəldilməsi səylərinə qardaş Türkiyə ilə birgə dəstək verilməsinin regional əməkdaşlığımızın daha bir komponentinə çevrildiyi qeyd olunub.


Daha sonra görüşün yekunlarına dair Ankara Bəyannaməsi qəbul olunub və imzalanıb.

Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının vacibliyi qeyd olunub.

Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.

Ankara Bəyannaməsi, eyni zamanda, Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib.

Mərkəzi Asiyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasının, Qəzza bölgəsində əldə olunmuş atəşkəsin qorunub saxlanılmasının və İsrail-Fələstin münaqişəsinin "iki dövlət prinsipi” əsasında həllini tapmasının vacibliyi qeyd olunub.


Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuata bəyanatlarla çıxış ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Siyasət 16:13
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Siyasət 13:13
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
Siyasət 13:02
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
İlham Əliyev Trampa məktub göndərib
Siyasət 12:49
İlham Əliyev Trampa məktub göndərib

İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Siyasət 11:45
İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək
Siyasət 11:36
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək

Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Siyasət 11:36
Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Siyasət 10:26
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Siyasət 09:29
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol