Bakı-Xudat marşrut avtobusu yük avtomobili ilə toqquşub, yaralanan var

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.
Nəticədə sərnişinlərdən biri xəsarət alıb.Sərnişin avtobusuna ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 