• $
  • £

Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göstərəcək

Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göstərəcək
05.02.2025 16:29
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Ukraynaya növbəti dəfə 1 milyon dollar həcmində humanitar yardım göndərəcək.  
 
"Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq", - məlumatda deyilir. 
 

Azərbaycan tərəfi Rusiya Ukrayna müharibəsi başlayandan sonra bir neçə dəfə Ukraynaya humanitar yardım edib. 
 
Prezidentin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan elektrik avadanlıqları göndərilib. 
 
Azərbaycanın bundan əvvəl Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur.
 
Ötən ilin iyulun 5-də Azərbaycandan Ukraynaya ümumi çəkisi 45 ton 382 kq olan ərzaq məhsulları, gündəlik tələbat, geyim və ilkin tibbi ləvazimatlardan ibarət növbəti humanitar yardım yola salınacaq. Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib.

Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.
 
Rusiya Ukrayna müharibəsi ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində  başlayıb

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol