• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Daha 2 marşrut xətti müsabiqəyə çıxarılır

Daha 2 marşrut xətti müsabiqəyə çıxarılır
05.02.2025 18:50
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 156 və 158 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA-dan məlumat verilib.

Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqə üçün sənədlər 6 mart 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 156 nömrəli şəhərətrafı (Hökməli qəsəbəsi – "Memar Əcəmi” metrostansiyası ("Beton yol” əlaqələndirməklə)) və 158 nömrəli şəhərətrafı (Xocəsən qəsəbəsi – "Memar Əcəmi” metrostansiyası) avtobus marşrutları üzrə 2 Lotda aprelin 4-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:43
Sabahın havası açıqlanıb
Ət kəsimi zamanı heyvanlara yaş həddi qoyulmalıdır - Deputat
Cəmiyyət 12:33
Ət kəsimi zamanı heyvanlara yaş həddi qoyulmalıdır - Deputat
Ramin Cəbrayılzadənin həbs müddəti daha üç ay uzadılıb
Cəmiyyət 12:20
Ramin Cəbrayılzadənin həbs müddəti daha üç ay uzadılıb
Ərzaq təhlükəsizliyinə ayrılan vəsait azaldılıb
Cəmiyyət 11:48
Ərzaq təhlükəsizliyinə ayrılan vəsait azaldılıb
Xidmətlər zərfinin genişləndirilməsi nəzərdə tutulur - Baş nazir
Cəmiyyət 11:38
Xidmətlər zərfinin genişləndirilməsi nəzərdə tutulur - Baş nazir
Ötən il şəhid ailələri və qazilərə verilən evlərin sayı açıqlanıb
Cəmiyyət 11:30
Ötən il şəhid ailələri və qazilərə verilən evlərin sayı açıqlanıb
10 nəfərin zəhərlənməsi araşdırılır - Baş Prokurorluq
Cəmiyyət 11:18
10 nəfərin zəhərlənməsi araşdırılır - Baş Prokurorluq
Son 4 ildə Qarabağa 18 milyard manata yaxın vəsait xərclənib
Cəmiyyət 11:10
Son 4 ildə Qarabağa 18 milyard manata yaxın vəsait xərclənib
Yollarda yenə tıxac var
Cəmiyyət 08:36
Yollarda yenə tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol