• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib

Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib
06.02.2025 17:49
Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının "Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, "Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində "Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

"Bununla, Azərbaycan tərəfinin ölkəmizdə "Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”, - XİN rəsmisi vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Siyasət 16:13
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Siyasət 13:13
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
Siyasət 13:02
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
İlham Əliyev Trampa məktub göndərib
Siyasət 12:49
İlham Əliyev Trampa məktub göndərib

İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Siyasət 11:45
İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək
Siyasət 11:36
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək

Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Siyasət 11:36
Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Siyasət 10:26
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Siyasət 09:29
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol