• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Bakıda “Rus Evi”nin bağlanması ən yüksək səviyyədə müzakirə oluna bilər - Peskov

Bakıda “Rus Evi”nin bağlanması ən yüksək səviyyədə müzakirə oluna bilər - Peskov
07.02.2025 14:30
Bakıda bağlanması qərarı verilən Rus Evi barədə ən yüksək səviyyədə Vladimir Putin və İlham Əliyev arasında   müzakirələr aparıla bilər. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli təmaslarla nail olmaq olar. Əlbəttə, biz bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələnin gündəmə gətiriləcəyini yəqin ki, istisna etmirik", - Kreml vurğulayıb.

Fevralın 3-də Azərbaycan Rusiya tərəfinə Rusiya Evinin hüquqi şəxs kimi qeydiyyata alınmaması səbəbindən fəaliyyətini dayandırması barədə nota göndərib.

"Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıdan notanın alındığını təsdiqləyib. O, bildirib ki, "Rus Evi” kirayə götürdüyü binanı yaxın vaxtlarda satmaq planlarını ev sahibinin elan etməsi ilə əlaqədar ay yarım ərzində boşaltmalıdır. Hələlik mərkəz fəaliyyətini davam etdirir.
 
Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Siyasət 16:13
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Siyasət 13:13
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
Siyasət 13:02
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
İlham Əliyev Trampa məktub göndərib
Siyasət 12:49
İlham Əliyev Trampa məktub göndərib

İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Siyasət 11:45
İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək
Siyasət 11:36
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək

Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Siyasət 11:36
Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Siyasət 10:26
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Siyasət 09:29
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol