• $
  • €
  • ₽
  • ₺
  • £

Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb

Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
12.02.2025 13:39

Fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində  "Toplum Tv" işi üzrə saxlanılan  Şahnaz Bəylər ilə bağlı nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb. Bu barədə onun vəkili  Bəxtiyar Hacıyev Anews.az-a açıqlamsında bildirib.

Bir gün öncə hüquq müdaciəçiləri Novella Cəfəroğlu, Sayida Qocamanlı və Səadət Babanlyarlı fevralın 11-də həbs olunan jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.

Hüquq müdafiəçiləri dinlənilib və onlara bildirilib ki, müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcək.

Bundan əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Fevralın 6-da Xətai Rayon Məhkəməsi Toplum TV işi çərçivəsində jurnalist Bəylərqızını (Hüseynova) 3 ay 15 gün müddətinə həbs edib. O, bu işin digər fiqurantları kimi, xarici valyuta qaçaqmalçılığı və digər iqtisadi cinayətlərdə ittiham olunur.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Cəmiyyət 17:34
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Fermerlərə 4,5 milyon manat zərər dəyib, sığorta ödənişlərinə başlanılacaq
Cəmiyyət 17:19
Fermerlərə 4,5 milyon manat zərər dəyib, sığorta ödənişlərinə başlanılacaq
AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb
Cəmiyyət 16:51
AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:28
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Cəmiyyət 16:04
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub
Cəmiyyət 15:50
Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Cəmiyyət 15:32
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 14:58
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Cəmiyyət 14:37
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol