• $ 1.7
  • € 1.8519
  • ₽ 1.9517
  • ₺ 0.0465
  • £ 2.2035

Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
12.02.2025 19:00

Beynəlxalq axtarışa verilmiş yeddi șəxs Azərbaycana ekstradisiya edilib.Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əliyev Səid Azər oğlu, Orucov Artur Şair oğlu, Əliyev Emil Əhliman oğlu, Dehqani Zaur Əhməd oğlu, Səfərli Nahid Rasim oğlu, Mikayıllı Ədil Natiq oğlu və Məmmədov Elmir İmamverdi oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Supermarketiniz Bazarstore-da Novruz fürsətləri başladı
Cəmiyyət 14:55
Supermarketiniz Bazarstore-da Novruz fürsətləri başladı
“Meydan" TV işi üzrə saxlanılan Nurlan Librenin həbs müddəti uzadılıb
Cəmiyyət 14:15
“Meydan" TV işi üzrə saxlanılan Nurlan Librenin həbs müddəti uzadılıb
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 14:10
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
Temperatur 15° enəcək, qar yağacaq - Xəbərdarlıq
Cəmiyyət 13:59
Temperatur 15° enəcək, qar yağacaq - Xəbərdarlıq
Sabah 30 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 30 dərəcə isti olacaq
Bərdədə yaşayış binasında uçqun olub
Cəmiyyət 12:00
Bərdədə yaşayış binasında uçqun olub
Prezident bu hərbçiləri təltif edib - SİYAHI
Cəmiyyət 11:56
Prezident bu hərbçiləri təltif edib - SİYAHI
Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb - Video
Cəmiyyət 11:17
Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb - Video
Bakıda “NİVA” yandı - Video
Cəmiyyət 10:08
Bakıda “NİVA” yandı - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol