Ötən ay Avropadan Azərbaycana 11 nəfər readmissiya olunub

2024-cü ilin yanvarında Dövlət Miqrasiya Xidməti (DMX) 11 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib. Bu barədə Report-un sorğusuna cavab olaraq DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayı ərzində 32, noyabrda isə 55 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib.
Son xəbərlər
Daha çox 