Ötən il “Trendyol” Azərbaycana 20 milyondan çox məhsul göndərib

2024-cü ildə “Trendyol” Azərbaycana 20 milyondan çox məhsul göndərib. Bu barədə platforma statistik məlumatları paylaşıb.
Bildirilib ki, müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika, dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub.
Ən çox alış-veriş edənlər Bakı, Abşeron, Sumqayıt sakinləridir.
2024-cü ildə Azərbaycandan bu platforma vasitəsilə sifariş edən müştərilərin 70 %-i qadınlar olub.
2028-ci ilə qədər Trendyol Azərbaycanda 1 milyard dollar ticarət etməyi hədəfləyir. Bunu "Trendyol” Şirkətlər Qrupunun baş direktoru Erdem İnan deyib.
O bildirib ki, bu dövrdə 60 milyon ədəd məhsul satışı planlaşdırılır.
Həmçinin 3 milyon müştəriyə çatmaq əsas məqsədlərdəndir.
Hazırda Trendyol 2 milyon müştəriyə xidmət edir.
Aytac
Son xəbərlər
Daha çox 