Uşaq evlərini bitirən uşaqlara müavinətin birdəfəlik verilməsi risklər yarada bilər - Deputat

Uşaq evlərini bitirən uşaqlara müavinətlərin birdəfəlik verilməsi bəzi risklər yarada bilər. Bunu Milli Məclisin deputatı Aydın Mirzazadə deyib.
"Uşaq evlərini bitirən uşaqların oranı bitirəndə 17 yaşları olur. Nəzərə alsaq onlar böyüdükləri uşaq evlərində hərşeyi hazır formada gördükləri üçün 17 yaşına çatanda birdəfəlik müavinət alanda aldadıla bilərlər. Təklif edirəm ki, bu müavinət ya onlara hissə-hissə ödənsin, ya da onlara bu prosesdə bir məsələhtçi təyin olunsun", - deputat “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deyib.
Ailə,qadın,uşaq komitəsinin sədri Hicran Hüseynova deputata cavab olaraq bildirib ki, uşaq evlərində ciddi işlər aparılır. Onlar oranı bitirən dövrə qədər həmin uşaqlarla müəllimlər məşğul olur.
Deputat vurğulayıb ki, bu müavinətlər birdəfəlik ödəniş üçün nəzərdə tutulub və onun məsuliyyəti ilə bağlı həmin uşaqlar sənədlərdə imza ataraq öhdəlik götürür.
Gülnar Nazimqızı