• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Soçi Qış Olimpiadası terrorla hədələndi

Soçi Qış Olimpiadası terrorla hədələndi
20.01.2014 18:15

"Ənsar əl-Sünnə" qrupunun nümayəndələri terror aktları törədəcəkləri barədə hədələr səsləndiriblər

Qış Olimpiya oyunlarına 2 həftə qalmış islamçı ekstremistlərin "Vilayət Dağıstan" saytında dərc edilmiş videoda "Ənsar əl-Sünnə" qrupunun nümayəndələri Soçidə idman yarışı zamanı terror aktları törədəcəkləri barədə hədələr səsləndiriblər.ABŞ-da mənzillənən terrorizm hadisələrini izləyən SİTE Monitoring Service internet–resursuna əsasən, videoda dekabr ayında Volqoqrad şəhərində törədilmiş terror aktlarına görə məsuliyyəti "Ənsar əl-Sünnə" adlı islamçı qruplaşma üzərinə götürüb. Bu qrupun üzvləri bəyan edib ki, Volqoqrad partlayışlarını Süleyman və Əbdürrəhman adlı şəxslər həyata keçiriblər.Rusiya hüquq-mühafizə orqanları bu məlumata hələlik münasibət bildirməyiblər.Bazar günü internetdə dərç edilmiş videoda çıxış edən iki şəxs Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Rusiya Dövlət başçısı və Olimpiada qonaqlarına Soçidə "hədiyyə hazırladıqlarını" bildiriblər.

Bazar ertəsi günü Dövlət Dumasının deputatı Mixail Markelov Rusiya Baş prokurorluğuna müraciət edərək “Vilayət Dağıstan” saytı ilə bağlı resurslara istifadəçi çıxışını məhdudlaşdırmağa çağırıb.ABŞ konqresmenləri bu arada Soçi Olimpiadasında təhlükəsizlik məsələlərilə bağlı narahtlıq bildirirlər. "Bu hədələr ciddidir. Onlar hücumlara çağırış səsləndirirlər. Düşünürəm ki, buna cəhd edilməsi hallarının şahidi olacayıq", ABC telekanalına müsahibəsində Konqresin namyəndələr palatasının Milli Təhlükəsizlik komitəsinin rəhbəri respublikaçı Michael McCaul deyib.Onun təbirincə, Rusiya rəsmiləri bu qəbildən olan hədələrə bütün ciddiliyilə yanaşırlar. Konqresmenin təbirincə Olimpiada zamanı Soçidə 20-dən çox FBİ agenti olacaq. Onun qənaətincə, təhlükəsizlik məsələlərində Rusiya və ABŞ daha səmərəli əməkdaşlıq edə bilərdilər. Konqresmen eləcə də, Soçidə fövqəladə vəziyyətin yaranacağı halda evakuasiya və hərəkət planları barədə daha geniş məlumata malik olması arzusunda olduğunu vurğulayıb. ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol