• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

akart mədəni irsimizi yaşatmaqda davam edir!

akart mədəni irsimizi yaşatmaqda davam edir!
14.02.2025 17:01

akart-ın eksklüziv kolleksiyası “Sahil” metrostansiyasında sərgilənir


Yeni nəsil ödəniş həlli vasitəsilə Azərbaycanın mədəni irsini təbliğ etməyi hədəfləyən xüsusi akart dizaynları


artıq Bakı Metropoliteninin “Sahil” stansiyasında sərgilənir. Tanınmış rəssamlarımız – Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyub Məmmədov, Rasim Babayev və digər incəsənət xadimlərinin sevilən əsərlərini özündə əks etdirən bu eksklüziv akart kolleksiyası Azərbaycan mədəniyyətinin görkəmli nümunələrini daha geniş auditoriyaya təqdim edir.


Bu unikal dizaynlar A-Solutions Elektron Pul Təşkilatı, Visa və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanaraq 2024-cü ilin dekabr ayında ictimaiyyətə təqdim edilib. Hazırda 30 rəqəmsal kart dizaynı istifadəyə verilib və daha 15 əsərin kartlar üzərində əks etdirilməsi planlaşdırılır. Yeni kolleksiyaya Azərbaycan rəssamlarının “Novruz”, “Ramazan” və “Yaz” mövzularında əsərləri də daxil ediləcək.


Hər bir akart istifadəçisi bu yeni dizaynları tamamilə ödənişsiz əldə edə bilər. Seçiminizi “akart” mobil tətbiqi vasitəsilə edərək milli incəsənətimizi təcəssüm etdirən innovativ kartlara sahib olun!


Qeyd edək ki, akart “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən istifadəyə verilmişdir. 16 may 2024-
cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankından lisenziya almış ilk elektron pul təşkilatı olan A-Solutions, "Azercell Telekom" MMC-nin törəmə şirkəti olaraq yeni nəsil maliyyə həlləri təklif edir və nağdsız hesablaşmalara çıxışı olmayan insanlar üçün bu xidmətlərin əlçatanlığını artırmağı hədəfləyir.


akart ilə nağdsız ödənişlər hər an, hər yerdə hamı üçün əlçatandır!

Oxşar xəbərlər
Oxşar xəbərlər
Badamdarda ev yanıb - Video
Cəmiyyət 12:00
Badamdarda ev yanıb - Video
Dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava
Cəmiyyət 11:00
Dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava
Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Cəmiyyət 10:40
Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 10:26
DYP sürücülərə müraciət edib
Qobustanda əməliyyat - Xeyli silah-sursat tapılıb
Cəmiyyət 10:05
Qobustanda əməliyyat - Xeyli silah-sursat tapılıb
Balakəndə 4 otaqlı ev yanıb
Cəmiyyət 22:52
Balakəndə 4 otaqlı ev yanıb
Qubada zəlzələ olub
Cəmiyyət 22:25
Qubada zəlzələ olub
DİN, Baş Prokurorluq və ANAMA minaya düşən şəxslə bağlı açıqlama yayıb - Yenilənib
Cəmiyyət 21:08
DİN, Baş Prokurorluq və ANAMA minaya düşən şəxslə bağlı açıqlama yayıb - Yenilənib
Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib
Cəmiyyət 19:57
Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol