• $
  • £

ABB-nin dəstəyi ilə türk dövlətlərinin biznes liderləri Bakıda bir araya gəldi

ABB-nin dəstəyi ilə türk dövlətlərinin biznes liderləri
Bakıda bir araya gəldi
17.02.2025 13:21

Bakıda ilk dəfə olaraq “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye
Palataları Birliyinin (TCCI) biznes liderləri ilə məlumatlandırma görüşü” keçirilib.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının təşkil etdiyi
görüşə ABB də dəstək verib. Belə bir görüşün məqsədi sahibkarlara Türk
İnvestisiya Fondunun fəaliyyəti haqqında məlumat vermək, onlara Fondun
imkanlarından faydalanmaqda dəstək olmaqdır.


Tədbirdə energetika, infrastruktur, texnologiya, kənd təsərrüfatı, logistika,
turizm və s. sektorlara investisiya imkanları barədə təqdimatlar olub. O cümlədən,
Türk Ticarət və Sənaye Palataları Birliyinə üzv ölkələrdə biznes və investisiya
imkanları mövzusunda təqdimatlar dinlənilib. Həmçinin Birliyin Qadın Sahibkarlar
Şurasının fəaliyyəti haqqında məlumatlar təqdim edilib.


Tədbir çərçivəsində Türk İnvestisiya Fondu ilə Türk Ticarət və Sənaye
Palataları Birliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum gələcək
əməkdaşlıq perspektivlərini nəzərdə tutur.


Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Omuraliyev,
Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev,
Türk İnvestisiya Fondunun prezidenti Bağdad Əmrəyev, TCCI təşkilatına üzv
ölkələrin ticarət palatalarının rəhbərləri, bu dövlətlərin Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfirləri də iştirak edib.


ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya
937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə
etmək olar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol