ASCO ötən il daşınan sərnişin sayını açıqlayıb
2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 28 392 nəfər sərnişin daşınıb, bu da 2023-cü il ərzində daşınmış 23 729 nəfərlə müqayisədə 20 % artım deməkdir. Bu barədə qurumdan bildirilib.
Ötən il sərnişinlərin 9 746-sı Kurık-Ələt, 1 220-si Türkmənbaşı-Ələt, 14 834-ü Ələt-Kurık, 2 552-si Ələt-Türkmənbaşı istiqamətində daşınıb.
ASCO həmçinin 2024-cü ilin yanvar-martında 6172 sərnişin daşıyıb.
ASCO universal quru yük gəmiləri birinci rübdə 154,988 min ton yük daşıyıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC 2023-cü ildə tankerlərlə 4,9 milyon ton neft və neft məhsulları daşıyıb.
Universal quru yük gəmiləri hesabat dövründə 363 min 818 ton yük nəql edib.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox