• $
  • £

Azərbaycan yanvarda nə qədər qaz ixrac edib? - Rəsmi

Azərbaycan yanvarda nə qədər qaz ixrac edib? - Rəsmi
17.02.2025 17:35

Bu ilin yanvarında Azərbaycandan  2 milyard 338 milyon 620,78 min kubmetr həcmində təbii qaz ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,05% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

İxrac olunan təbii qazın təbii dəyəri  870 milyon 82,68 min ABŞ dolları təşkil edib.

Azərbaycan 2024-cü ildə Avropaya qaz ixracını əvvəlki ilin 11,8 milyard kubmetrindən 12,9 milyard kubmetrə qədər artırıb.

Ümumilikdə qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,8 milyard kubmetrdən 25,2 milyard kubmetrə qədər artıb.

Ölkədə qaz hasilatı 2024-cü ildə 2023-cü ildəki 48,3 milyard kubmetrdən 50,3 milyard kubmetrə qədər artıb.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, 2022-ci ildən etibarən Azərbaycanın qaz ixracının coğrafiyasında ciddi dəyişikliklər baş verib. Əgər əvvəl Azərbaycan qazını 4 ölkə alırdısa indi onların sayı 12ə kimi artıb.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol